RU

Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 4 il ötür (VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətəgötürülməsindən 4 il ötür.

Trend xəbər verirki, 2020-ci il oktyabrın 21-i Zəngilan rayonunun Ağbənd qəsəbəsiişğaldan azad edildi.

Prezident İlham Əliyev qəsəbənin işğaldan azad edilməsi barədəsosial şəbəkə hesabında paylaşım edərək, Azərbaycan və İran İslamRespublikası dövlət sərhədinin tam nəzarətə götürüldüyünüaçıqladı.

Həmin gün Azərbaycan Ordusu Ağbənd qəsəbəsinə AzərbaycanBayrağını sancıb. Bayrağı sancan Azərbaycan hərbçiləri bununlabağlı Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali BaşKomandanına məruzə ediblər.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızınnümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğalaltında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazibütövlüyü bərpa edilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunmasıüçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanınuzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktlarıvə təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycanlokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan azmüddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısındatəslim olmaq məcburiyyətində qalıblar.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri,qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüşmövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilaholunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib,separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütünərazisində suverenliyini tam bərpa edib.

Məqalədə:
Избранный
27
7
az.trend.az

10Источники