RU

Ucarda ağır qəza - 2 nəfər öldü

Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirində avtomobildən yanğın baş verib. Hadisə yerinə FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
2
15
milli.az

10Источники