AZ

Ucarda dəhşətli qəza olub, 3 nəfər avtomobildə yanaraq ölüb, bir yaralı var - VİDEO

Ucarda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucarın Alpoud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, “Hyundai” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildə yanğın hadisəsi baş verib.


Hadisə yerinə FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və avtomobil söndürülüb.

İlkin məlumata görə, qəza zamanı minik maşınında olanlardan 3 nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.

Yaralı 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Göyçay rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Avtomobildə dünyası dəyişənlərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.



Bizim.Media, Aran bürosu

Seçilən
21
7
bizim.media

10Mənbələr