RU

"Mən torpağı Coşqundan almışam, pulu da ona ödəmişəm" - DƏLƏDUZLUQLA ÜZLƏŞƏN SURAXANI SAKİNİNDƏN NAZİRƏ MÜRACİƏT

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin sakini Cahangirov Valeh Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və birinci müavini Seyfulla Əzimova müraciət edir:

“Cənab Vilayət Eyvazov!

Cənab Seyfulla Əzimov!

Mən, Cahangirov Valeh Məhəmməd oğlu, yazaraq bildirirəm ki artıq yorulmuşam, bilmirəm bu haqsızlıqlarla necə bacarım. Şikayətimlə bağlı illərdir müraciət etsəm də, sanki Coşqun Əlizadənin toxunulmazlığı varmış kimi, heç bir qurum ona dəymir.

Polisə şikayət vermişəm, istintaq artıq başa çatıb. Aydın oldu ki, həqiqətən də dediklərim doğrudur. Bir neçə günə əvvələ kimi işi məhkəməyə göndərmirdilər, səbəb isə qarşı tərəfin məhkəmə prosesində iştirak etmək istəməməsi idi. Müstəntiq hansı məqsədlə qarşı tərəfin sözü ilə hərəkət edirdi, hələ də anlaya bilmirəm. Yəqin nəsə maraq var ki, işi məhkəməyə yönləndirmirdi.

Dəfələrlə Suraxanı rayonunun prokuror köməkçisi Elgiz müəllimin qəbulunda olmuşam. O, yanımda müstəntiqə zəng vurub soruşdu ki, işi niyə məhkəməyə göndərmirsən? O zaman müstəntiq dedi ki, qarşı tərəf işin məhkəməyə getməsini istəmir. Prakuror isə bildirdi ki, istəmirsə, o zaman kişinin torpağını versin, söhbət bağlanılsın, niyə cammatı bu qədər incidir?!

Bir qədər şikayət, bir qədər narazılıqdan sonra axır kı, işi məhkəməyə yönləndiriblər. Deməli, bu neçə illər ərzində bunlar yalançı sahibkar axtarışında olublar. Belə ki, işi məhkəməyə göndəriblər və saxta torpaq sahibini də ortaya çıxarıblar. Ötən məhkəmələrdə bəlli olmuşdur ki, mən torpaq üçün pulu kimə vermişəm, kimdən alımışam. Amma axırıncı məhkəmədə Köçəri adlı bir adam çıxıb deyir ki, torpaq mənim olub. Neçə illər ərzində bu adam harda idi, niyə heç bir sənəddə adı yoxdur? Bunu araşdıran yoxdur.

Özüm çoxsaylı araşdırmalar nəticəsində öyrənmişəm ki, Köçəri adlı şəxs Coşqunun əvvəlki əlbirlərindən biridir. Bu günə kimi adı-sanı olmayan şəxs indi yalandan iddia edir ki, torpaq onun olub. Amma mən araşdırıb öyrənmişəm ki, torpaq alan vaxt Köçəri adlı şəxs Azərbaycanda olmayıb.

Cənab Vilayət Eyvazov!

Cənab Seyfulla Əzimov!

Görün, Coşqun Əlizadənin arxasında kimlər durur! Bu adam tək məni yox, bir çox vətəndaşı aldadıb, indi də məhkəməni aldatmaq istəyir. Köçərinin adında torpaq olmayıb, o, necə mənə torpaq sata bilər?! Mən torpağı Coşqundan almışam, pulu da ona ödəmişəm. Hakim bu məsələyə göz yumsa, deməli, onlar hakimi də ələ alıblar.

Bütün bu oyunları quran Coşqundur. Bu qədər adamın pulunu yeyib mənimsəməsinə baxmayaraq, heç bir qurum ona cəza tətbiq edə bilmir. Kim və yaxud da kimlərə arxayındır, bilmirəm. Amma bu qədər sübut ola-ola, adam nə bizim pulumuzu qaytarmır, nə də torpağı vermir.

Mən, sizdən xahiş edirəm ki, bu özbaşınalığa son qoyulması üçün göstəriş verəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

Избранный
30
hurriyyet.az

1Источники