RU

Kərəm Aktürkoğlu üçün transfer etirafı

Bu yay ''Qalatasaray''dan ''Benfika''ya yollanan və performansı ilə diqqət çəkən Kərəm Aktürkoğlu haqda maraqlı bir transfer etirafı gəlib.

Hazırda La Liqa təmsilçisi ''Selta''nın idman direktoru kimi çalışan Marko Antonio Qarses ''Los Anceles''də işlədiyi dönəmdə Kərəmi həmin kluba gətirmək istədiyini vurğulayıb:

''Los Anceles''də Stiv Çerundolo adlı almaniyalı məşqçi çalışırdı. Amerika əsilli alman idi. Hər zaman türkiyəli oyunçuları diqqət mərkəzində saxlayırdı. Çünki Almaniyada yetişən və oynayan bir çox türkiyəli futbolçu var. O dönəmdə biz Raşitsanı izləyirdik və bu üzdən ''Qalatasaray''ın oyunlarına tez-tez baxırdıq. Həmin vaxt diqqətimizi ən çox Kərəm Aktürkoğlu cəlb etdi. Həqiqətən əla oyunçudu. Bir ara onu transfer etməyə cəhd göstərdik. Amma bizim üçün çox bahalı oyunçu idi. Buna baxmayaraq gözüm daim onun üzərində idi. İndi Portuqaliyadadı və yenə əla təsir bağışlayır. Onu izləməkdə davam edirəm''.

ƏLİ

Избранный
20
football-plus.az

1Источники