RU

Bakıda 2 yeniyetmə “BMW”dən görün nə oğurladı

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.
 
Moderator.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində "BMW" markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
 
Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində "BMW" və "Chevrolet" markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.
 
Araşdırma aparılır.
Избранный
6
13
moderator.az

10Источники