RU

Kruze əxlaqsız qadın üzündən dünya çempionu ola bilməyibmiş...

Almaniya yığmasının sabiq üzvü Maks Kruze maraqlı etirafları ilə gündəmə gəlməkdə davam edir.

Karyerasını ötən il başa vuran 36 yaşlı Kruze bir müddət öncə artıq çəkidən qurtulmaqda çətinlik çəkdiyini vurğulamışdı. O indi də illər öncə bundestimin düşərgəsində olarkən yol verdiyi yanlış hərəkətdən bəhs edib. Həmin olay ona DÇ-dən kənar qalmaq bahasına başa gəlib.

Qeyd edək ki, Kruze əsasən Almaniya klublarında çıxış edib. O yalnız bir dəfə legioner həyatı yaşayıb ki, onda da 2019/20-də ''Fənərbaxça''nın şərəfini qoruyub. Kruzeni dinləyək:

''2013-cü ildə Londonda İngiltərə yığmasına qarşı bir yoldaşlıq oyunumuz var idi. Matçdan bir gün öncə qaldığımız oteldə poker oynayırdıq. Komanda yoldaşlarımdan biri otelə yüngül əxlaqlı qadın çağırmağı təklif etdi və mən də razılaşdım. Öz otağımda qadınla 5 dəqiqə söhbət etmişdim ki, birdən otağa Hansi Flik ilə Oliver Birhoff daxil oldu. Flik o zaman yığmada köməkçi məşqçi, Birhoff isə koordinator kimi çalışırdı. Flik mənə ''bu qadını göndər getsin, sabah bu məsələni müzakirə edəcəyik'' dedi. Ertəsi gün məşqçilər korpusu mənə ''meydandakı performansından məmnunuq, amma bu cür hərəkətlərə yol verməməlisən. Ya tamamilə futbola köklənəcəksən, ya da dünya çempionatına yollanan heyətdə yer almayacaqsan'' dedi. Təbii ki, onların sözünü dinlədim və mövsümün qalan hissəsində heç bir qalmaqal yaşamadım. Amma yenə də DÇ-2014-ə yollanan heyətdən kənar qaldım. Açığı, bu olay məni dərindən yaraladı. Karyeramla bağlı duyduğum ən böyük üzüntülərdən biridi. Həmin Almaniya ilə dünya çempionu olmaq mənim üçün möhtəşəm olardı. O dönəmdə otelə eskort qadınlar çağıran başqa futbolçular da var idi. Amma görünür, onlar bu işi daha ağıllı və səssiz şəkildə edirdilər''.

ƏLİ
Избранный
19
football-plus.az

1Источники