RU

“Fənərbaxça” Kentlə vidalaşdı

“Fənərbaxça” bir futbolçu ilə yollarını ayırıb.

Klubdan verilən rəsmi açıqlamada Rayan Kentlə müqavilənin qarşılıqlı razılıq yolu ilə ləğv edildiyi qeyd olunub. Bunu gözləmək olardı. Çünki 27 yaşlı vinger son aylarda sözün əsl mənasında itib-batmışdı və oynamaq şansı qazanmırdı. Kent uğurlu “Reyncers” macərasının ardından 2023-ün yayında azad agent statusunda “Fənər”ə gəlmişdi. O elə ilk mövsümün gedişindəcə ümidləri doğrulda bilməmiş və gözdən düşmüşdü. Türkiyə çempionatında ötən mövsüm yalnız 1 oyunda start heyətində meydana çıxa bilmişdi. Nəticədə Kent mövsümü 18 rəsmi oyun, 1 qol, 1 məhsuıdar ötürmə göstəriciləri ilə tamamlamışdı. Əslində onunla bu yay yolların ayrılacağı güman edilirdi. Amma Joze Mourinyo Kentin məşqlərdəki performansını bəyəndikdən sonra ona daha bir şans vermək istədi.

İngiltərəli futbolçu bu şansdan yararlana bilmədi. O, Çempionlar Liqasının təsnifat mərhələsində “Luqano” ilə səfər oyununda start heyətində meydana çıxsa da, heç nə ilə yadda qalmadı. Həmin oyundan bəri adı heç bir qarşılaşmada iştirak ərizəsinə salınmadı.

Избранный
23
football-plus.az

1Источники