RU

"Buna yalnız bir cavab ola bilər - Vaşinqtona zərbə!" - Medvedev Trampa cavab verib

"Buna yalnız bir cavab ola bilər - Vaşinqtona zərbə!".

Turkustan.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" hesabından etdiyi paylaşımda bildirib.

ABŞ-nin keçmiş prezidenti Donald Trampın Moskvanı vurmaqla bağlı hədələrinə cavab verən Medvedev, sözügedən paylaşımında bunları yazıb:"Amerikalı siyasətçi danışıqlar zamanı Moskvanı vurmaqla hədələyə bilməz. Çünki o, danışıqlar zamanı "ipək" kimi olur. Həmçinin onunla kifayət qədər isti münasibətlər var".

Xatırladaq ki, Tramp ABŞ nəşrinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putini Moskvanı vurmaqla hədələdiyini deyib.

“Dedim ki, Vladimir, əgər sən Ukraynanı təqib etsən, sənə elə güclü zərbə endirəcəm ki, buna inanmayacaqsan. Mən düz sənin Moskvanın mərkəzini vuracağam. Dedim biz dostuq. Mən bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur", -Tramp bildirib. /AzPolitika.info/

Избранный
7
2
turkustan.az

3Источники