Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhvi istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti belə tədbirlərlə Culfa rayonu ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 2 tona yaxın olan 160 min 625 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.