AZ

Naxçıvanda 2 tona yaxın çətənə kolu YANDIRILDI

Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhvi istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, növbəti belə tədbirlərlə Culfa rayonu ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 2 tona yaxın olan 160 min 625 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bizim.Media

Seçilən
1
14
bizim.media

10Mənbələr