RU

Peskov Şimali Koreya ordusunun Rusiyada olub-olmamasına aydınlıq gətirdi

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq barədə qiymətləndirmələr edib.

Publika.az xəbər verir ki, Peskov Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladıb.

O, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib:

"Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil. Biz bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik".

Peskov həmçinin Şimali Koreya ordusunun Rusiyada olduğu iddiası ilə bağlı məlumatların ziddiyyətli olduğunu bəyan edib:

"Bir çox ziddiyyətli məlumat görürük. Cənubi koreyalılar bir şey deyir, sonra Pentaqon belə açıqlamaları təsdiq etmədiklərini açıqlayır. Yəqin ki, məsələyə bu cür yanaşmaq lazımdır”.

Избранный
8
6
publika.az

8Источники