AZ

Peskov: “Şimali Koreya ilə əməkdaşlığımız...”

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın suveren hüquqları çərçivəsində Şimali Koreya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirdiklərini deyib.

"Cebheinfo.az" xəbər verir ki, Peskov bildirib ki, bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil. Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladan Peskov, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib.

Mətbuat katibi Peskov Şimali Koreya ordusunun Rusiyada olub-olmaması və Ukraynadakı "xüsusi hərbi əməliyyatda" iştirak edib-etməməsi ilə bağlı suala belə cavab verib:

"Bu, xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı sualdır. Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq lazımdır".

Seçilən
3
2
cebheinfo.az

8Mənbələr