RU

İsrail HHQ Livan ərazisinə hava zərbələri endirib

Ötən gecə İsrail Hərbi Hava Qüvvələri bütün Livan ərazisinə hava zərbələri endirib. Bu barədə “Hizbullah”ın ruporu olan Livanın “Əl-Mənar” telekanalı məlumat yayıb. Qeyd edilir ki, hücumların hədəfi Beyrut Beynəlxalq Hava Limanına yaxın ərazilər, eləcə də Livanın “Əl Qard Əl Hassan” bankının filialları olub.

İsrail mətbuatının yazdığına görə, ölkə daxilində 30-dan çox şöbəsi olan bu bank “Hizbullah”ın nəzarətindədir. Qeyd olunur ki, təşkilat məhz oradan İrandan maliyyə alıb.

Bundan əvvəl İsrail ordusunun sözçüsü “Hizbullah”ı maliyyələşdirmək üçün istifadə edilən mühüm iqtisadi obyektlərə qaçılmaz zərbələr endiriləcəyini açıqlamışdı.

Избранный
14
19
veteninfo.az

10Источники