RU

 Keçmiş sevgilisindən qisas almaq üçün 70 kilo arıqladı -FOTO

Bədbəxt münasibəti üzündən çəkisi 146 kiloya qədər olan Kaliforniyalı qadın sevgilisindən ayrıldıqdan sonra necə 70 kilo arıqladığını açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Los-Ancelesdə yaşayan 33 yaşlı Cozi Varela üçün son zərbə sevgilisindən gəlib. Münasibətləri boyu xor baxılan gənc qadın ayrılanda bədbəxt olduğu üçün 146 kiloya qalxıb.

 Gündə 4 dəfə fast food şəbəkələrindən ən böyük menyulardan sifariş verdiyini deyən qadın, "Münasibətimdə bir rahatlama mexanizmi olaraq yemək yeyərdim. Yemək mənim üçün dərman kimi idi. Münasibətdən sonra ürəyim sıxıldı. o qədər qırıldım ki, qisas motivasiyası ilə arıqlamağa başladım” söyləyib.
"Əvvəlcə bu qisas idi, lakin sonradan onun sağlamlığım üçün əhəmiyyətini anladım" deyən Josie Varela öz hekayəsini belə izah edib:
 “Mən hər gün əzələ yığmaq üçün idman zalına gedirdim. Pandemiya dövründə qaçmağa və velosiped sürməyə başladım. Aktiv olmaqdan zövq alıram, sağlamam və yemək yeyirəm".
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında idmana başlayan və pəhrizini dəyişən gənc qadın, artıq iki ildir evli olan və arıqlama səyahətinin ortasında tanış olduğu ərinin dəstəyinin çox təsirli olduğunu söyləyib.

Избранный
14
sherg.az

1Источники