RU

AFFA oyuna getməyən “Lerik”ə texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 7-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, son turun oyunlarında qeydə alınan qayda pozuntularına belə hüquqi qiymət verilib:

“Şahdağ Qusar” – “Şəki Siti” oyununda “Şəki Siti” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Şəfa” – “Lerik” oyunu “Lerik” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Lerik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Lerik” komandası 300 manat cərimə edilib.

“Qusar” – “Şəmkir” oyununda “Qusar” komandası oyun günü planının tələblərini pozduğuna görə 100 manat cərimə edilib.

“Kür-Araz” – “Şimal” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Dinamo” – “Saatlı-Araz” oyununda “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilib.

“Ağdaş” – “Hypers Quba” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Ağdaş” komandası 50 manat cərimə edilib. “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Ağdaş” komandası buna görə 300 manat cərimə edilib.

Избранный
7
2
arena.az

10Источники