RU

Türkiyədə qurulan ABŞ şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə ABŞ kapitalı ilə 71 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 69 milyon 212 min 294 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 119 milyon 445 min 517 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (56) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 60 milyon 912 min 294 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə ABŞ kapitalı ilə 26 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
2
18
turkic.world

10Источники