RU

"Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var" ABŞ Prezidentinin Köməkçisi

ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu bildirib.

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə M.Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəliləməyini  qəti şəkildə dəstəkləyir.

EDnews

Избранный
5
18
ednews.net

10Источники