AZ

ABŞ Prezidentinin köməkçisi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var

ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu bildirib.

“AzNews.az”ın məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə M.Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Seçilən
0
18
aznews.az

10Mənbələr