RU

“Sülh planı” müharibəni bitirəcək? - Rusiyalı və ukraynalı ekspertlərin “DÖYÜŞÜ”

Ukrayna Prezidenti Volodimir Zelenski Ali RadadaABŞ-yə səfəri zamanı təqdim olunan “qələbə planını” elan edib.

İlk dəfə ictimaiyyətə açıqlanan bu plan beş əsas maddə və iki məxfi əlavədən ibarətdir. Zelenskinin açıqladığı plana aşağıdakılar daxildir:

1.Ukraynanın NATO-ya sürətli qəbulu.

2.Müdafiə məsələləri. Burada məxfi əlavələr yer alır. Bu əlavələr yalnız müəyyən hərbi potensiala malik tərəfdaşlarla paylaşılır.

3.Qeyri-nüvə strateji çəkindirici paket. Burada stratejiməqsədlə qeyri-nüvə vasitələrin yerləşdirilməsi və silah istehsalı məsələləri müzakirə olunur. Bu maddənin məxfi əlavəsi artıq Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və ABŞ liderlərinə təqdim edilib.

Zelenski bildirib ki, bu əlavə, gələcəkdə Ukraynanın strateji təhlükəsizliyini təmin edə biləcək ölkələrlə də paylaşılacaq.

4. Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi.

5. Ukrayna Silahlı Qüvvələrinin təcrübəsinin NATO və Aİ ölkələrində tətbiqi.

Zelenski qeyd edib ki, planın ikinci və üçüncü maddələrinə aid məxfi əlavələr mövcuddur. Müdafiə ilə bağlı əlavədə tərəfdaşların Ukraynanın təhlükəsizliyini təmin etmək üçün konkret hərbi addımları müzakirə olunur. Qeyri-nüvəpaketinə aid məxfi əlavələr isə həmin konsepsiyanı gerçəkləşdirə biləcək ölkələrlə bölüşüləcək.

Zelenski çıxışında həmçinin vurğulayıb ki, əgər plan tam şəkildə icra olunarsa, müharibə növbəti il ərzində sona çata bilər.

Zelenski tərəfdaşlarını bu planın həyata keçirilməsinə dəstək verməyə və həm Ukraynada, həm də beynəlxalq aləmdə birliyi təmin etməyə çağırıb:

“Rusiya Ukraynaya nəzarət etmək istəyindən həmişəlik məhrum edilməlidir. Bu, Ukraynanın yaşamaq, Avropanın isə sülh içində olmaq zəmanətidir”.

Zelenski çıxışı zamanı Şimali Koreyanı da Ukraynaya qarşı müharibəyə qoşulmaqda ittiham edib. Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya iyun ayında Rusiya ilə imzaladığı müdafiə müqaviləsi çərçivəsində öz hərbçilərini Ukraynaya göndərir.

Rusiyanın Kursk bölgəsində yerləşən 11-ci hava-desant briqadası bazasında 3000 nəfərlik xüsusi batalyonun formalaşdırıldığı bildirilir. Şimali Koreyanın hərbi iştirakının genişlənəcəyi təqdirdə, Ukrayna ordusu müəyyən bölgələrdə, xüsusən də Kurskda ciddi çətinliklərlə üzləşə bilər. Zelenski bildirib ki, əgər Şimali Koreya qoşunlarının sayı 10-50 min nəfərə çatarsa, bu, qüvvələr balansına ciddi təsir göstərər. Ukrayna lideri əlavə edib ki, KXDR-in bu addımı İrana və Çinə daha sıx əməkdaşlıq üçün nümunə ola bilər və bu, potensial olaraq anti-NATO koalisiyasının yaranmasına yol açar.

Zelenski qeyd edib ki, Şimali Koreya hazırda Ukraynada məhdud sayda hərbi iştirakla kifayətlənir və əsasən taktiki təcrübə toplamağa yönəlib. Onların məqsədi genişmiqyaslı hərbi müdaxilə etmədən döyüş təcrübəsi əldə etməkdir. Ekspertlər hesab edirlər ki, Şimali Koreya əsgərləri müasir döyüş texnikası və pilotsuz uçuş aparatlarından istifadə sahəsində təcrübə qazandıqdan sonra ölkələrinə qayıtdıqda ideoloji dəyişikliklərə də məruz qala bilərlər.

Rusiya isə öz növbəsində, Şimali Koreyaya hərbi dəstək verməklə, məsələn, atom sualtı qayıqların inşasında yardım göstərməklə Koreya yarımadasında qüvvələr balansını dəyişmək niyyətində ola bilər.

Ağ Ev və Avropanın aparıcı ölkələri Zelenskinin planın əsas müddəalarının üç ay ərzində qəbul edilməsi tələbinə sərt yanaşıblar. Bununla belə, Ukrayna lideri Qərb ölkələrinə ultimatum verərək bildirib ki, tərəfdaşların birliyi və fəal dəstəyi olmadan qələbə mümkün olmayacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Zelenskinin planını “illüziya” adlandırıb və onun real nəticələr verməyəcəyini bildirib.

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov “Cebheinfo.az”-a bildirib ki, Zelenskinin sülh planı ilə bağlı təklifi əsas tezislərin üzərində qurulub. Bura NATO-ya üzvlük, NATO ölkələrinin hava məkanının müdafiəsində iştirakı və Rusiyanın hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin təchizatı daxildir. Politoloq qeyd edib ki, bu, müttəfiqlər üçün tamamilə qəbuledilməzdir.

“Zelenski əslində Qərbə ultimatum irəli sürüb, yəni qərarların qəbulu üçün üç ay vaxt verilib. Bu, Ukraynaya silah tədarük edənləri ciddi şəkildə narazı salıb. Bu şəraitdə Qərb Ukraynaya dəstəyini kəskin şəkildə azaldacaq. Bu, artıq məqsədyönlü şəkildə Zelenskiyə sülh haqqında danışıqlar aparmağın zəruriliyini göstərir”.

Ekspertin fikrincə, amerikalılar artıq Ukraynaya diqqət yetirmirlər. Onlar Ukraynada qarşılarına qoyduqları demək olar ki, bütün məqsədlərə çatıblar:

“Əsas məqsəd Avropanın Amerika resursları və iqtisadiyyatına yönləndirilməsi idi. Enerji resurslarının bahalaşması səbəbindən böyük Qərb şirkətləri ABŞ-yəköçməyə başladı. Nəticədə Avropa iqtisadiyyatı zəiflədi və ABŞ ilə rəqabət xeyli azaldı.

Avropada ABŞ-nin göstərişləri ilə Ukraynaya silah tədarükünü davam etdirən proamerikan liderlər qalıb. Amma indi Rusiyanın uğurları fonunda Ukraynanı dəstəkləyən Avropa İttifaqı ölkələrində sosial gərginlik kəskin şəkildə artıb və Ukrayna rejiminə dəstəkdən imtina çağırışları getdikcə daha çox eşidilir.

Hazırda ABŞ-nin diqqəti başqa istiqamətlərdədir. Əsl rəqib Çindir.Bu, Amerikanın özü tərəfindən də etiraf edilir. İndi amerikalılar Ukrayna cəbhəsində vəziyyəti yumşaltmağa çalışa bilərlər ki, gələcəkdə Tayvanın hərbi yolla geri qaytarılması niyyəti olan Çinə qarşı mübarizəyəhazır olsunlar. Bundan əlavə, ABŞ-nin Yaxın Şərqdə də problemləri var.

İtaətsizlik göstərən İsrail Qəzza sektorunda fələstinlilərə qarşı soyqırımı davam etdirir və Livana hücum təşkil edib. Bütün bunlar amerikalıları narahat etsə də, onlar İsraili, yəni Yaxın Şərqdəki ən güclü dayaq nöqtələrinidəstəkləmək məcburiyyətindədirlər”.

Ekspert deyib ki, indi beynəlxalq ictimaiyyətin Ukrayna ilə məşğul olmağa vaxtı yoxdur:

“Ukraynada Moskva qalib gəlir. Bu aydındır və qərb radikalları, o cümlədən Ukrayna ekspertləri və siyasətçiləri də bunu etiraf edirlər. Məhz buna görə Zelenskiyə müharibə lazımdır, çünki müharibə onun hakimiyyətini qoruyur.

Məğlubiyyət isə hakimiyyətdən məhrum olmaq və həyatının təhlükə altında olması deməkdir. Çünki Zelenski rejiminin vicdanında yüz minlərlə həlak olmuş ukraynalının qanı var. Məncə, Ukraynanı gələcəkdə daha da ağır günlər gözləyir”.

Ekspert hesab edir ki, Zelenskinin planıyalnız kağız üzərində qalacaq:

“Çünki artıq almanlar və fransızlar bu ultimatumdan narazıdırlar.Zelenski kimdir ki? Ona sadəcə ABŞ belə davranmaq imkanı verib. Artıq müharibəni yalnız britaniyalılar dəstəkləyirlər. Onların öz oyunları var. Onlara ukraynalı əsgərlərin son nəfərə qədər vuruşması lazımdır. Bununla da Ukraynanın köməyi ilə Avropada təhlükəsizliyi nəzarət altına almağa çalışırlar.

Zelenskinin “Ukrayna Avropa İttifaqını qoruyur” deməsi də təsadüfi deyil. O, ukraynalı əsgərlərin Avropa ölkələrini müdafiəyə və onların gücünün əsas hissəsini təşkil etməyə hazır olduğunu bildirir. Bu, Böyük Britaniyanın oynadığı böyük oyunun bir hissəsidir. Amma bu planın reallaşması çətin görünür. Əgər Ukrayna indiki kimi hərəkətlərinə davam edərsə, onun mövcudluğu uzun sürməyəcək”.

Ukraynalı politoloq Aleksandr Oxrimenko isə qeyd edib ki, hazırda Zelenskinin planı ən realist plan kimi görünür:

“Planideal deyil və xüsusilə iqtisadi hissə ilə bağlı çoxlu mübahisəli məqamlar var. Amma artıq müharibənin hansısa mifik təbii resurslar uğrunda aparılması barədə söhbətlər aktuallığını itirib. Müharibə tamam fərqli səbəblərə görə gedir. Aktivlərin düzgün bölüşdürülmədiyini deməkdaha doğru olar. Yəni, Ukrayna və Rusiya oliqarxları arasında münaqişə var, amma bu, təbii resurslarla əlaqəli deyil”.

A.Oxrimenko Ukraynaya maliyyə vəsaitinin lazım olduğunu vəZelenskinin bununla əlaqədar maliyyələşmə tələb etdiyini deyib:

“Ancaq müttəfiqlərinbuna necə reaksiya verəcəyini zaman göstərəcək. Plan artıq təqdim edilib və müzakirə olunur. Ukraynanın gələn il üçün maliyyələşdirilməsi isə daha detallı şəkildə müəyyənləşəcək. Müharibə uzandığı üçün Ukraynaya daha çox pul lazımdır.

Ukrayna NATO-ya üzv olmaq niyyətindədir. Bunun nə qədər vaxt aparacağını söyləmək çətindir. Düşünürəm ki, hazırda ən vacib və real addım Ukraynanın NATO-ya dəvət edilməsi olar. Üzvlük prosesi uzana bilər, bunu hamı anlayır. Amma dəvətin özü Ukrayna üçün mühüm üstünlük olacaq və Rusiya ilə danışıqlarda əhəmiyyətli rol oynayacaq.

Hələlik sanki hamı buna razı görünür. Şolts, Makron, Bayden çıxışlarında bunu gözəl ifadə edirlər. Amma hələ Ukraynaya rəsmi dəvət gəlməyib. Ümid edək ki, yaxın bir ay ərzində bu dəvət olacaq. Amma çoxlu siyasi intriqalar var. Ukraynanı NATO-ya üzvlüyə dəvət etmək Putinə aydın mesaj göndərmək deməkdir.

Mənim fikrimcə, Çin üçün Ukraynanın NATO-ya üzv olub-olmaması əhəmiyyətli deyil. İran da bu məsələdə heç bir rol oynamır. Çin üçün əsas məsələ müharibənin uzun çəkməsidir. Çin istəyir ki, Rusiya zəifləsin və iqtisadi baxımdan asanlıqla istismar edilsin.

Hazırkı müharibədən Çin həqiqətən mənfəət əldə edir. Onun üçün müharibənin davam etməsi çox vacibdir. Çinin “biz sülh istəyirik” bəyanatları doğru deyil. Bu vəziyyətdə Zelenskinin planı əsas plan deyil və onu həyata keçirmək asan olmayacaq. Plan müəyyən kompromislər təklif edir. Hazırda NATO üzrə müttəfiqlərin reaksiyasını gözləyirik. NATO müttəfiqlərinin nə deyəcəyi bizim üçün çox vacibdir”.

Избранный
7
50
turkustan.az

10Источники