RU

Bakıda avtomobildən oğurluq - 2 yeniyetmə saxlanıldı

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. 

News365.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib. 

Araşdırma aparılır.

Избранный
9
13
news365.az

10Источники