Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılıvəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətininxilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDESVİTO” markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olanqatarla toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi vəavtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramışnəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusdasıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Rüstəmov Sərxan Talehoğlunu və 1954-cü il təvəllüdlü Məmmədova Püstəxanım Baba qızınıxilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.