Təbriz Hava Yollarının İstanbul-Təbriz reysindən maraqlı görüntülər yayılıb.
Azreform.info oxu.Az-a istinadən xəbər verir ki, kadrları "Azad İran" "Telegram" kanalı yayıb.
Təyyarədə sərnişinlərin Azərbaycan dilində "xoş gəldiniz" ifadəsi ilə qarşılanması diqqət çəkib.
Qeyd edək ki, ötən həftə Tehran-Təbriz reysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldiniz" ifadəsi ilə qarşılaması qalmaqal yaratmışdı.