İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, - deyə idarənin "Telegram" kanalında dərc olunan xülasədə bildirilir.