AZ

Qəzzada hər gün 80-dən çox fələstinli ÖLÜR

İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb. SİA xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında dərc olunan xülasədə bildirilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən İsrailin təcavüzü qurbanlarının ümumi sayı 42 603 nəfərə çatıb, 99 795 nəfər yaralanıb.

Seçilən
2
10
sia.az

10Mənbələr