RU

“Yaşıl dünya naminə həmrəylik ili”: Tərtərdə 11 min ədəd ağac əkiləcək

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bərdə-Ağdam magistral avtomobil yolunun Poladlı kəndi ərazisindən keçən hissəsində təmizlik işləri aparılıb, 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.

On gün ərzində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11 min ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.

Избранный
8
1
yeniazerbaycan.com

4Источники