11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.