RU

Premyer Liqa: “Arsenal” ilk məğlubiyyətini aldı, MY sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Tottenhem” – “Vest Hem” matçında London təmsilçisi darmadağına sevinib.

Qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Mançester Yunayted” də “Brentford”u məğlub yola salıb.

Səfərdə “Bornmut”la qarşılaşan “Arsenal” isə bu oyundan məğlubiyyətlə ayrılıb. Bu, “topçular”ın cari mövsümdəki ilk məğlubiyyəti olun. Nəticədə son çempion “Mançester Siti” cari mövsümün yeganə məğlubedilməz komandasına çevrilib.

“Fulhem” evdə “Aston Villa”ya, “İpsviç Taun” “Everton”a, “Nyukasl” “Brayton”a, “Sauthempton” da “Lester Siti”yə məğlub olub.

Turun qalan görüşləri oktyabrın 20-də və 21-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
8-ci tur
19 oktyabr

Tottenhem – Vest Hem 4:1
Qollar: Kuluşevski, 36. Bossuma, 52. Areola, 55-öz qapısına. Son, 60 – Kudus, 18.

Fulhem – Aston Villa 1:3
Qollar: R.Ximenes, 5 – Rocers, 9. Uotkins, 59. Diop, 69-öz qapısına.

İpsviç Taun – Everton 0:2
Qollar: Ndiaye, 17. Kin, 40.

Mançester Yunayted – Brentford 2:1
Qollar: Qarnaço, 47. Hoylund, 62 – Pinnok, 45+5.

Nyukasl – Brayton 0:1
Qol: Uelbek, 35.

Sauthempton – Lester Siti 2:3
Qollar: Arçer, 8. Aribo, 28 – Buonanotte, 63. Vardi, 74. Ayyu, 90+8.

Bornmut – Arsenal 2:0
Qollar: Kristi, 70. Kluyvert, 79.

20 oktyabr

17:00. Vulverhempton – Mançester Siti
19:30. Liverpul – Çelsi

21 oktyabr

23:00. Nottingem Forest – Kristal Pelas

Избранный
27
2
arena.az

5Источники