RU

Pxenyan Seula xəbərdarlıq etdi

KXDR Pxenyanın rayonlarından birində Cənubi Koreyanın kəşfiyyat pilotsuz uçuş aparatının qalıqlarının tapılması fonunda Seula xəbərdarlıq etdi ki, onun hərbi vasitələrinin Şimali Koreya ərazisinə təkrar müdaxiləsi müharibə elanı kimi qiymətləndiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat verib.

"Koreya Respublikasının hərbi vasitələrinin KXDR-in ərazisinə, hava məkanına və ərazi sularına müdaxilə aktının təkrar aşkarlanması və təsdiqlənməsi KXDR-in suverenliyinə qarşı ciddi hərbi təxribat kimi qiymətləndiriləcək", - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, Şimali Koreya bunu Seul tərəfindən müharibə elanı hesab edəcək və dərhal cavab zərbələri vurmağa hazırdır.

Избранный
16
2
iqtisadiyyat.az

10Источники