RU

Azər Aydəmir hoteldə tanınmış psixoloq xanımla hamam xalatında TUTULDU - FOTOLAR

Tanınmış aktyor Azər Aydəmirin sosial şəbəkələrdə hamam xalatında görüntüləri yayılıb.

Açıqlama verən aktyor bildirib ki, bu görüntülər onun yeni çəkildiyi "Otel Loo" filmindəndir. Filmdə əsas rolları o, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

"Ssenari müəllifi Asiman Ağa Rövşən, rejissor Elvin Rüstəmzadədir. Xronomterajı 75 dəqiqə olan "Otel Loo" komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film fevral ayında təqdim olunacaq" - deyə Azər Aydəmir bildirib.

Aydəmirin canlandırdığı Murad adlı ekspert Aliyə adlı psixoloqla hoteldə bir gecə keçirir və bilmədən sevgilisini boğur. Nəticədə o, həm polis, həm arvadı tərəfindən "basılır". Çox maraqlı hadisələr də bundan sonra başlayır.

"Cavanlıqda hotellərdə çox qalmışam, maraqlı hadisələr olub. Bu, başıma gəlmişlərin və gələcəklərin şişirdilmiş formasıdır", - deyə aktyor əlavə edib.

Mənbə: www.musavat.com

Избранный
13
7
www.musavat.com

8Источники