AZ

Azər Aydəmir oteldə tanınmış müğənni xanımla hamam görüntüləri yayıldı – FOTOlar

Tanınmış aktyor Azər Aydəmirin sosial şəbəkələrdə hamam xalatında görüntüləri yayılıb.

Editor.az  xəbər verir ki, lent.az-a açıqlama verən aktyor bildirib ki, bu görüntülər onun yeni çəkildiyi “Otel Loo” filmindəndir. Filmdə əsas rolları o, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

“Ssenari müəllifi Asiman Ağa Rövşən, Rejissor Elvin Rüstəmzadədir. Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film fevral ayında təqdim olunacaq” – deyə o bildirib.

Azər Aydənirin canlandırdığı Murad adlı ekspert Aliyə adlı müğənni ilə oteldə bir gecə keçirir və bilmədən sevgilisini boğur. Nəticədə o, həm polis, həm arvadı tərəfindən “basılır”. Çox maraqlı hadisələr də bundan sonra başlayır.

“Cavanlıqda otellərdə çox qalmışam, maraqlı hadisələr olub. Bu başıma gəlmişlərin və gələcəklərin şişirdilmiş formasıdır” deyə aktyor əlavə edib.

Seçilən
0
7
editor.az

8Mənbələr