Putin Oreşkini BRICS ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin edib.
Bakıvaxtı.az report.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin Rusiya Prezidentinin BRICS dövlətləri ilə maliyyə-iqtisadi əməkdaşlıq və Yeni İnkişaf Bankı ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Oreşkinin təyinatı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.