Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin Rusiya Prezidentinin BRICS dövlətləri ilə maliyyə-iqtisadi əməkdaşlıq və Yeni İnkişaf Bankı ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
“İki sahil” xəbər verir ki, Oreşkinin təyinatı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.