RU

Tağı Əhmədov dəfn olunub

Tağı

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub.Mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktybarın 18-də vəfat edib.T.Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.T.Əhmədov 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb, 2014-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini, daha sonra sədri olub.O, "Fəxri Dəmiryolçu", "Bakı metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Əməkdar mühəndis" fəxri adı və nişanı, ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.

Diqqət Çəkənlər

Şimali Koreya Ukraynadakı müharibəyə 12 min hərbçi göndərəcək

Maqadan vilayətində miqrantlara spirtli içki və siqaret satmağı qadağan etmək istəyirlər

Kanada Kiyevə 47 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib

Избранный
5
26
ulusum.az

10Источники