RU

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Göyçayda yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində "QAZ-24" və "VAZ-2105" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ"-ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, "QAZ-24"-ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
5
12
day.az

10Источники