RU

Devid Lemmi Çinə getdi

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Çinə iki günlük səfəri başlayıb.

Modern.az xəbər verir ki, o, Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Görüşdə iqlim, ticarət və qlobal xarici siyasət problemləri, o cümlədən Pekinin Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi ilə bağlı iddialar müzakirə olunub.

Devid Lemmi iki ölkə arasında fikir ayrılıqları olsa da, qlobal yaşıl enerjiyə keçid və dərin iqtisadi əlaqələr kimi ortaq maraqların mövcudluğunu vurğulayıb. Səfər çərçivəsində nazir Şanxayda britaniyalı iş adamları ilə də görüşərək Çinlə əlaqələrin Böyük Britaniyanın iqtisadi inkişafına təsirini müzakirə edəcək.

Qeyd edək ki, D.Lemmi son 6 ildə Çinə səfər edən ikinci yüksək səviyyəli Britaniya diplomatıdır.

Избранный
4
3
modern.az

4Источники