RU

Putin: “NATO Ukrayna ordusundan istifadə edərək Rusiya ilə müharibə edir” - VİDEO

“NATO Rusiya ilə müharibə edir, lakin bunu ittifaq ölkələrinin acımadığı ukraynalı əsgərlərin əli ilə edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Ukraynadan fərqli olaraq Rusiya tərəfi öz ordusunu düşünür:

"Biz özümüz şəxsi qüvvəmizlə döyüşür və avadanlıq düzəldirik”, - Putin bildirib.

Rusiya lideri Ukraynadakı münaqişənin bitmə vaxtı haqqında isə qeyd edib ki, “NATO üzvləri bizimlə döyüşməkdən yorulanda onlardan soruşarsınız. Biz bu mübarizəni davam etdirməyə hazırıq. Və qələbə bizim olacaq!”


Bizim.Media

Избранный
33
1
bizim.media

2Источники