RU

Qubada çayı keçmək istəyən müəllimi sel apardı – VİDEO

Qubada sel avtomobili sürücü ilə birlikdə xeyli məsafəyə qədər aparıb.

Bakupost.az Shimal.News-a istinadən xəbər verir ki, Cimi kəndində yaşayan və məktəbdə çalışan Səxavət adlı müəllim “Chevrolet” markalı avtomobili ilə çayı keçən zaman sel gəlib.

Nəticədə nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə qədər aparıb. Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Sakinlər bildirir ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

Избранный
54
1
bakupost.az

10Источники