AZ

Azərbaycanda müəllimləri daşıyan maşını sel apardı -VİDEO

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

OXU24.COM xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

 

Seçilən
24
29
oxu24.com

10Mənbələr