RU

Tovuzda yol qəzasında 7 nəfər xəsarət alıb - YENİLƏNİB VİDEO

Tovuzda

Tovuz, 18 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzun Aşağı Quşçu kəndində baş verən yol qəzasında xəsarət alanların sayı 7 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar bunlardır: Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova, 1992-ci il təvəllüdlü Şahmar Məmmədov, 1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva.

Xəstələrə ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

15:02

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. "VAZ 2106" ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
2
4
azertag.az

10Источники