AZ

Tovuzda yol qəzası baş verib, 7 nəfər xəsarət alıb

Tovuzun Aşağı Quşçu kəndində yol qəzası baş verib, nəticədə 7 nəfər xəsarət alıb. 

Xezerxeber.az xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar - Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova, 1992-ci il təvəllüdlü Şahmar Məmmədov, 1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyevadır.

Xəstələrə ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Seçilən
5
7
xezerxeber.az

10Mənbələr