RU

6-cı qrant müsabiqəsinə layihə təqdim etmək istəyən KOB-lar üçün vebinar təşkil olunub

Bakı. Trend:

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 6-cıqrant müsabiqəsi ilə bağlı 70-dən çox KOB subyektinə ətraflıməlumat verilib, onları maraqlandıran suallarcavablandırılıb.

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrininmaliyyələşdirilməsinə dair elan edilmiş 6-cı qrant müsabiqəsi iləbağlı məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayntədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflıməlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

70-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdəKOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqəninşərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədətəqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalarauyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıqsubyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat vədəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxshər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim edə bilər.Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqilekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindənqiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğimaksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanıonun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmışideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları,layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiqmaddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsasgötürüləcəkdir.

Məlumat üçün bildirək ki, 6-cı qrant müsabiqəsinə sənəd qəbulu23 oktyabr 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənədqəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılardabirbaşa Agentliyə müraciət formasında həyata keçirilir. Ətraflıməlumat üçün: https://bit.ly/40pm5y3

Məqalədə:
Избранный
20
7
az.trend.az

7Источники