RU

COP29 zamanı toylara qadağa qoyulacaq?

COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulmur.

Titul.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata əsasən, COP29 zamanı toy və bu tip tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bildirilib ki, bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.

"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Избранный
4
11
titul.az

10Источники