RU

BDU Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Cümhuriyyətinin Rəcəb Tayyib Ərdoğan Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin əsası 2006-cı ildə qoyulub. 15 fakültə, 1 institut, 3 kollec, 6 peşə məktəbi və 18 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi universitetdə 17000-ə yaxın tələbə təhsil alır.

Избранный
11
2
tehsil.biz

3Источники