RU

Bu yollarda qadağalar: alternativlər olacaq

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”.

Ölkə.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabrda  aşağıdakı yollarda məhdudiyyət tətbiq ediləcək:

- Hava Limanı şosesi
- Heydər Əliyev prospekti
- Neftçilər prospekti
- Yusif Səfərov
- Niyazi
- İstiqlaliyyət
- Lermontov
- Mikayıl Huseynov
- Xəqani Rüstəmov
- Teymur Elçin
- Mehdi Hüseyn küçələri.

Избранный
9
26
olke.az

10Источники