RU

COP29 zamanı bu şəxslər üçün ictimai nəqliyyat PULSUZ olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova isə qeyd edib ki, bu gün səhərə olan məlumata görə, COP-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib. O deyib ki, bunların 2700-ə qədəri media nümayəndələridir. “Digərləri isə QHT-lər, müşahidəçi təşkilatların üzvləri, rəsmi nümayəndə heyətləri və digərləridir", - APA onun sözlərindən sitat gətirir./modern.az

Избранный
5
4
turkustan.az

10Источники