RU

COP29 üçün 28 mindən artıq qonaq qeydiyyatdan keçib -Nərmin Carçalova

Bugünə olan statistikaya əsasən COP29 üçün 28 mindən artıq qonaq qeydiyyatdan keçib.

“İki sahil” xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova jurnalistlərə açıqlamasında deyib.

"Bunlardan 2700-ə yaxını media nümayəndəsidir. Geri qalanlar isə QHT-lər, beynəlxalq təşkilatlar, eyni zamanda ölkələrin rəsmi nümayəndə heyətlərinin tərkibində olara tərəf kateqoriyalı qonaqlardır", - deyə o bildirib.

N.Carçalova vurğulayıb ki, bu statistika Qlazko və Şarm-əl-Şeyxdə olan göstəricilərdən yüksəkdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
1
3
ikisahil.az

4Источники