AZ

COP29 üçün 28 mindən artıq qonaq qeydiyyatdan keçib - Nərmin Carçalova

Bakı. Trend:

Bugünə olan statistikaya əsasən COP29 üçün 28 mindən artıq qonaqqeydiyyatdan keçib.

Trend xəbərverir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-turzamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədriNərmin Carçalova jurnalistlərə açıqlamasında deyib.

"Bunlardan 2700-ə yaxını media nümayəndəsidir. Geri qalanlar isəQHT-lər, beynəlxalq təşkilatlar, eyni zamanda ölkələrin rəsminümayəndə heyətlərinin tərkibində olara tərəf kateqoriyalıqonaqlardır", - deyə o bildirib.

N.Carçalova vurğulayıb ki, bu statistika Qlazko vəŞarm-əl-Şeyxdə olan göstəricilərdən yüksəkdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
2
3
az.trend.az

4Mənbələr