RU

COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək

Bakı, TurkicWorld

COP29 dövründə Bakıda toylara məhdudiyyət və ya SMS icazə sistemi tətbiq olunmayacaq.

TurkicWorld bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Əldə etdiyimiz məlumata əsasən, COP29 zamanı toy və ya digər xüsusi tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.

Həmsöhbətimizin sözlərinə görə, bu, digər söz-söhbətlərə də aiddir - tətbiq ediləcək hərəkət məhdudiyyətləri, SMS icazə sisteminin tətbiqi (karantin məhdudiyyətləri nümunəsi ilə) və sair.

"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.

Избранный
6
12
turkic.world

10Источники