RU

Gəncədə dəhşətli olay-2 ölü 4 yaralı

XALQ.AZ-ın məlumatına görə, hadisə nəticəsində  2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə qurumun Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Избранный
1
11
xalq.az

10Источники